AHIITA
AHİİTA və Azərbaycan Cüdo Federasiyası əməkdaşlıq imkanlarını müzakirə etdi

AHİİTA və Azərbaycan Cüdo Federasiyası əməkdaşlıq imkanlarını müzakirə etdi

60iyul 15, 2025

2 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığa dair görüş keçirilib.

Görüşdə Azərbaycan Cüdo Federasiyasının Layihələr üzrə meneceri Ceyhun Rəhmanov və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər arasında keçirilən müzakirələrdə cüdo idman növünün inkişaf etdirilməsi, ortaq sosial və idman layihələrinin icrası, birgə çempionat və turnirlərin təşkili, təlim-məşq toplanışlarının keçirilməsi və gənclərin bu idman növünə marağının artırılması məsələləri müzakirə olunub.

Görüş zamanı Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Ceyhun Rəhmanov bildirib:
“Federasiya olaraq cüdonun ölkədə kütləviləşməsi və gənclər arasında sağlam həyat tərzinin formalaşması üçün çalışırıq. AHİİTA ilə əməkdaşlıq bu məqsədlərə çatmaqda mühüm rol oynayacaq.”

AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımov isə çıxışında qeyd edib:
“Biz həmkarlar arasında sağlam həyat tərzinin təşviqində cüdo idman növünə xüsusi önəm veririk. Azərbaycan Cüdo Federasiyası ilə birgə həyata keçiriləcək layihələr həm idmanın inkişafı, həm də gənc nəslin düzgün istiqamətləndirilməsi baxımından dəyərli olacaq.”

Bu görüş tərəflər arasında gələcəkdə yerli və beynəlxalq arenalarda uğurlu birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər