AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib
AHİİTA və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

AHİİTA və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

69iyul 15, 2025

2025-ci il 23 may tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inzibati binasında AHİİTA ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib.

Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasını vitse-prezident Fikrət Hüseynov və baş katib Elnarə Musayeva, AHİİTA İctimai Birliyini isə direktor Tural Qasımovun rəhbərliyi ilə təşkilatın rəhbər heyətinin üzvləri təmsil ediblər.

Tərəflər arasında keçirilən müzakirələrdə velosiped idmanının həmkarlar ittifaqları strukturları daxilində inkişafı, gənclərin bu idman növünə cəlb olunması, birgə tədbirlərin təşkili, maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri əsas mövzular olub.

AHİİTA İB-nin direktoru Tural Qasımov görüş zamanı bildirib:
“Velosiped idmanı yalnız idman növü deyil, həm də sağlam və ekoloji həyat tərzinin təbliğində mühüm vasitədir. Biz AHİİTA olaraq federasiya ilə birgə layihələrin reallaşdırılmasını olduqca vacib hesab edirik.”

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov isə görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib:
“Biz federasiya olaraq ictimai təşkilatlarla əməkdaşlığa daim açığıq. AHİİTA ilə aparılan danışıqlar gələcəkdə velosiped idmanının daha geniş təbliğinə imkan verəcək.”

Tədbir çərçivəsində iki qurum arasında ortaq fəaliyyət planının hazırlanması barədə ilkin razılıq əldə olunub. Qarşılıqlı maraqlar əsasında birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın davamlı xarakter alması üçün növbəti addımlar müzakirə edilib.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər