AHIITA
AHİİTA və Alpaqut Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

AHİİTA və Alpaqut Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

68iyul 14, 2025

2025-ci ilin aprelin 7-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyası ilə əməkdaşlıq məqsədli rəsmi görüş baş tutub.

Görüşdə Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Fuad Quliyev və AHİİTA İctimai Birliyinin direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmkarlar arasında Alpaqut döyüş sənətinin təbliği və gənclərin bu idman növünə cəlb olunması mövzuları müzakirə olunub.

Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova çıxışında bildirib:
“Alpaqut — milli kimliyimizi əks etdirən döyüş sənətidir. Bu əməkdaşlıq sayəsində həmkarlar ittifaqları strukturunda Alpaqutun inkişafına və yayılmasına mühüm töhfə veriləcəyinə inanırıq.”

AHİİTA-nın direktoru Tural Qasımov vurğulayıb:
“AHİİTA olaraq biz hər zaman milli idman növlərinin inkişafına dəstək göstərməyə hazırıq. Alpaqutla bağlı ortaq layihələrin reallaşması bu istiqamətdə önəmli addım olacaq.”

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Fuad Quliyev isə əlavə edib:
“Azərbaycan Alpaqut Federasiyası olaraq biz ölkə gəncləri arasında bu döyüş sənətinin daha geniş təbliğinə və yayılmasına xüsusi önəm veririk. AHİİTA ilə əməkdaşlıq bu baxımdan olduqca əhəmiyyətlidir.”

Görüşün nəticəsi olaraq, gələcəkdə ortaq təşəbbüslərlə həm yerli, həm də beynəlxalq səviyyədə idman layihələrinin reallaşdırılması istiqamətində mühüm addımların atılması planlaşdırılır.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər