AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib
AHİİTA və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

AHİİTA və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

77iyul 14, 2025

7 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Güləş Federasiyasının nümayəndə heyəti ilə rəsmi görüş baş tutub. Görüşdə AHİİTA İB-nin direktoru Tural Qasımov, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və hər iki qurumun aidiyyəti şəxsləri iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və idmanın inkişafı sahəsində birgə fəaliyyət imkanları əsas mövzu olub. Xüsusilə güləş idman növünün təşviqi, peşəkar və həvəskar idmançılar arasında layihələrin həyata keçirilməsi, regionlarda birgə idman tədbirlərinin təşkil olunması barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana cəlb olunması və federasiya ilə mövcud əməkdaşlıq potensialının daha səmərəli şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunub.

AHİİTA və Azərbaycan Güləş Federasiyası əməkdaşlıq əlaqələrini gücləndirərək idmanın inkişafı üçün birgə layihələrin həyata keçirilməsinə davam edəcək.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər