AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq görüşü keçirilib

58iyul 14, 2025

2 aprel tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Karate Federasiyasının nümayəndələri ilə AHİİTA rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə qarşılıqlı tərəfdaşlıq, birgə layihələrin reallaşdırılması və ortaq idman tədbirlərinin təşkili məsələləri müzakirə olunub.

Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov federasiyanın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib, həmkarlar ittifaqları ilə əməkdaşlığın vacibliyini və karate idman növünün ölkədə inkişaf perspektivlərini vurğulayıb.

AHİİTA İB-nin direktoru Tural Qasımov isə həmkarlar ittifaqları çərçivəsində idmanın rolu, idmançıların sosial və peşəkar dəstəklənməsi, habelə bu istiqamətdə planlaşdırılan tədbirlər barədə fikirlərini bölüşüb.

Görüş səmərəli fikir mübadiləsi ilə yadda qalıb və iki qurum arasında qarşılıqlı fəaliyyətin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər