23 sentyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) dəstəyi ilə ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqları Komitəsinin sədrlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı tələbələrin asudə vaxtlarının səmərəli təşkili, gənclərin sağlam həyat tərzinə yiyələnməsi və idmana marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Tədbirdə, həmçinin Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti tərəfindən tələbə-gənclər arasında keçiriləcək idman yarışlarının təşkilati məsələləri nəzərdən keçirilib.
Bu cür görüşlərin təşkil olunması tələbə-gənclərin həm sosial aktivliyinin, həm də sağlam həyat tərzinə bağlılığının gücləndirilməsinə xidmət edir.












