AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

27iyun 24, 2026

Memorandum üzgüçülük idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, əmək kollektivləri arasında idmanın kütləviləşdirilməsi, eləcə də uşaqların, yeniyetmələrin və gənclərin fiziki inkişafına dəstək məqsədilə tərəflər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. S

ənədə əsasən, tərəflər idman sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı, birgə idman tədbirlərinin təşkili, sosial layihələrin həyata keçirilməsi, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabe təşkilatlarının əməkdaşları və onların övladlarının idman fəaliyyətlərinə cəlb olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Memorandumu Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Allahverdiyev imzalayıblar.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər