AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Kikboksinq Federasiyası arasında yeni əməkdaşlıq mərhələsi başlanır
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Kikboksinq Federasiyası arasında yeni əməkdaşlıq mərhələsi başlanır

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Kikboksinq Federasiyası arasında yeni əməkdaşlıq mərhələsi başlanır

122iyul 14, 2025

Bu gün Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elşən Abdulrəhimov ilə AHİİTA-nın direktoru Tural Qasımov arasında önəmli görüş keçirilib.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib, birgə tədbirlərin təşkili və həmkarlar arasında idmanın, xüsusilə kikboksinqin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. AHİİTA rəhbəri Tural Qasımov bildirib ki, assosiasiya idmanın yalnız peşəkar səviyyədə deyil, həmçinin ictimai və həmkarlar təşkilatları çərçivəsində inkişafına da böyük önəm verir.

Görüşdə həm təlim proqramlarının, həm də yarışların təşkilinin planlaşdırıldığı vurğulanıb. Bu əməkdaşlıq sayəsində idmançıların daha geniş dəstək alacağı və kikboksinqin ölkədə daha da inkişaf edəcəyi gözlənilir.


Fotoşəkillər

item-0
item-1
item-2

Əlaqəli xəbərlər