AHIITA
“Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

“Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

612dekabr 8, 2025

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının inzibati binasında (AHİİTA) “Neftçi” İdman Klubu ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib və Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında idmanın kütləviləşdirilməsi, sağlam həyat tərzinin təşviqi, peşəkar kadrların və idmançıların potensialının artırılması, təcrübə mübadiləsi, eləcə də birgə təlim və seminarların keçirilməsidir. Həmçinin, sosial təşəbbüslərin dəstəklənməsi və birgə layihələrin icrası memorandumun prioritet istiqamətlərini təşkil edir.

Tədbir zamanı iştirakçılar qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə idman tədbirlərinin təşkili, sosial proqramların icrası, idman infrastrukturlarından qarşılıqlı istifadə və təcrübə mübadiləsi ilə bağlı ətraflı müzakirələr aparıblar.

Sənəd “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Fərəc Əliyev və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Emin İsmayılov tərəfindən imzalanıb.

Bu əməkdaşlıq idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və Azərbaycan idman ictimaiyyətinin daha geniş dəstək alması baxımından önəmli addım hesab edilir.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5

Əlaqəli xəbərlər