Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı – Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) təşkilatçılığı, Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə üzvlər arasında stolüstü tennis turniri baş tutub.
Turnirdə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin 23 üzv təşkilatından 35 kişi, 5 qadın olmaqla ümumilikdə 40 iştirakçı mübarizə aparıb.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İştirakçıların diqqətinə çatdırılıb ki, turnirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və üzvlərin asudə vaxtının səmərəli təşkilidir.
İlk mərhələdə iştirakçılar 8 qrupda mübarizə aparıb, qruplarda ilk iki yeri tutan 16 idmançı final mərhələsinə yüksəlib.
Gərgin mübarizə şəraitində keçən final oyunlarından sonra kişi və qadın kateqoriyaları üzrə qaliblər müəyyənləşib.
Kişilər kateqoriyası
1-ci yer – Ayxan Vəlicanov (Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi)
2-ci yer – Şahin Hüseynli (Aqrar Sığorta Fondu)
3-cü yer – Kamran Quliyev (Aqrar Sığorta Fondu)
Qadınlar kateqoriyası
1-ci yer – Lalə Həsənli (Aqrar Sığorta Fondu)
2-ci yer – Pakizə İsmayılova (Aqrar Sığorta Fondu)
3-cü yer – Təhminə Mikayılova (Aqrar Xidmətlər Agentliyi)
Yekunda qaliblər medallar və xüsusi hədiyyələrlə təltif olunublar.























