AHIITA
Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

329sentyabr 28, 2025

Bu gün Gəncə şəhər stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutacaq. Tədbirə saat 19:00-da start veriləcək.
Açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
Xatırladaq ki, sentyabrın 26-da start götürən yarışa 13 ölkədən ümumilikdə 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340 idmançı təmsil edir. Digər iştirakçı ölkələrdən Rusiya (262), Özbəkistan (254), Belarus (240), Qazaxıstan (147), Tacikistan (144), Qırğızıstan (126), Türkmənistan (48), Türkiyə (38), Kuba (11), Küveyt (6), Pakistan (4) və Oman (4) idmançı ilə çıxış edir.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını (AHİİTA) bu mötəbər turnirdə 6 idman növündə 15 idmançı təmsil edir.

III MDB Oyunlarına oktyabrın 8-də Gəncə şəhər stadionunda yekun vurulacaq.


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər