AHIITA
“İlkin təcili tibbi yardım” mövzusunda təlim keçirilib

“İlkin təcili tibbi yardım” mövzusunda təlim keçirilib

82mart 3, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) əməkdaşları üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi-nin dəstəyi və təşkilatçılığı ilə ilkin təcili tibbi yardım mövzusunda praktiki və nəzəri təlim təşkil olunub.

Təlimdə AHİİTA-nın əməkdaşları və məşqçi-müəllimləri iştirak ediblər.

Proqram çərçivəsində ürək-ağciyər reanimasiyası (CPR), qanaxmalar zamanı ilk yardım, çeçəmə zamanı “Heymlix” manevrası, sınıq və çıxıqlar zamanı düzgün müdaxilə üsulları iştirakçılara həm nəzəri, həm də praktiki şəkildə öyrədilib.

İnteraktiv formatda keçirilən məşğələlər zamanı real situasiyaları əks etdirən ssenarilər üzərində işlənilib, iştirakçılar həyat qurtaran bacarıqları praktiki olaraq tətbiq ediblər.

Tədbirin əsas məqsədi fövqəladə hallarda operativ və düzgün ilkin tibbi yardım göstərilməsi üzrə bilik və bacarıqların artırılması olub.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8
item-9
item-10

Əlaqəli xəbərlər