AHIITA
AHİİTA idmançılarının olimpiya mükafatçısı ilə görüşü keçirilib

AHİİTA idmançılarının olimpiya mükafatçısı ilə görüşü keçirilib

60fevral 16, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) idman zalında boks üzrə 2004 Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanovun yeniyetmə boksçularla görüşü baş tutub.
Fuad Aslanov öz idman yolu, beynəlxalq yarış təcrübəsi və qazandığı uğurlar barədə danışıb. O, gənc idmançılara məşqlərdə nizam-intizamın qorunmasının, düzgün gündəlik rejimə əməl etməyin və məğlubiyyətlərdən nəticə çıxarmağın vacibliyini diqqətə çatdırıb, daim öz üzərlərində işləməyin əhəmiyyətini qeyd edib. Həmçinin, vurğulayıb ki, idmançılar üçün yaradılan müasir idman zalı onların bacarıqlarını inkişaf etdirməyə imkan verir.
Görüş zamanı idman ustası AHİİTA-nın gənc idmançılarının məşqlərini izləyib və onlara bəzi tövsiyə və təlimatlar verib.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5

Əlaqəli xəbərlər