AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • 2025-ci ildə AHİİTA idmançılarının beynəlxalq və respublika yarışlarında qazandığı uğurlar
2025-ci ildə AHİİTA idmançılarının beynəlxalq və respublika yarışlarında qazandığı uğurlar

2025-ci ildə AHİİTA idmançılarının beynəlxalq və respublika yarışlarında qazandığı uğurlar

2209dekabr 30, 2025

2025-ci il ərzində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edərək yüksək nəticələr əldə etmiş və ölkə idmanının inkişafına mühüm töhfə vermişlər.

İl ərzində beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında AHİİTA-nın təmsilçiləri 63 qızıl, 30 gümüş və 18 bürünc medal qazanmışdır.

Ölkə daxili yarışlarda isə 55 qızıl, 51 gümüş və 73 bürünc medal əldə edilmiş, ümumi medal sayı 179-a çatmışdır.

Beləliklə, 2025-ci il üzrə AHİİTA idmançılarının ümumi medal göstəricisi 118 qızıl, 81 gümüş və 91 bürünc olmaqla, ümumilikdə 290 medal təşkil etmişdir.

İdman növləri üzrə qazanılan medallar:

  • Sərbəst güləş: 25 qızıl, 27 gümüş, 36 bürünc → 88 medal

  • Yunan-Roma güləşi: 15 qızıl, 19 gümüş, 24 bürünc → 58 medal

  • Bədii gimnastika: 38 qızıl, 9 gümüş, 5 bürünc → 52 medal

  • Boks: 19 qızıl, 9 gümüş, 8 bürünc → 36 medal

  • Cüdo: 11 qızıl, 3 gümüş, 4 bürünc → 18 medal

  • Karate: 6 qızıl, 4 gümüş, 5 bürünc → 15 medal

  • Sambo: 3 qızıl, 5 gümüş, 4 bürünc → 12 medal

  • Şahmat: 3 gümüş, 2 bürünc → 5 medal

  • Taekvondo: 2 gümüş, 1 bürünc → 3 medal

  • Dama: 1 qızıl, 2 bürünc → 3 medal

Qazanılan nəticələr idmançıların yüksək hazırlıq səviyyəsini göstərməklə yanaşı, AHİİTA tərəfindən yaradılmış müasir idman infrastrukturunun əhəmiyyətli rolunu bir daha təsdiqləyir.

2025-ci il ərzində AHİİTA-nın idman zalı müasir standartlara uyğun şəkildə yenilənmiş, infrastruktur təkmilləşdirilmiş və idmançılar müasir idman avadanlıqları ilə tam təmin edilmişdir. Bu addımlar idmançıların məşq və yarışlara hazırlıq prosesinin daha səmərəli təşkilinə imkan yaratmışdır.

AHİİTA rəhbərliyi qazanılan uğurlarda əməyi olan bütün idmançılara, məşqçilərə və dəstək göstərən hər kəsə təşəkkür edir və idmançılara qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzulayır.


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər