AHIITA
32-ci Ümumdünya Yay Universiadası Möhtəşəm Açılışla Başladı

32-ci Ümumdünya Yay Universiadası Möhtəşəm Açılışla Başladı

74iyul 17, 2025

Almaniyanın Duysburq şəhərində keçirilən 32-ci Ümumdünya Yay Universiadasının (FISU) açılış mərasimi yüksək səviyyədə və yaddaqalan şəkildə baş tutdu.

Tədbir zamanı stadion üzərində sülhün rəmzi olan ağ göyərçin dövrə vurdu, eyni zamanda havaya ürək formalı şarlar buraxıldı. Açılış mərasiminə FISU prezidenti Leonz Eder-in çıxışı, rəsmi andiçmə mərasimi və Universiada məşəlinin gətirilməsi xüsusi rəng qatdı.

Azərbaycan bu nüfuzlu beynəlxalq tədbirdə 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur. İdmançılarımızın iştirakı ölkəmizin gənclər idmanında artan potensialını bir daha nümayiş etdirir.

Qürurla qeyd edirik ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) bu mötəbər tədbiri təşkil edən Beynəlxalq Universitet İdmanları Federasiyasının (FISU) rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində idmançılarımıza həm təşkilati, həm də mənəvi dəstək göstərilməkdədir.

Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayır, gənclərimizin beynəlxalq arenada yeni nailiyyətlər qazanacağına inanırıq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8
item-9
item-10
item-11
item-12
item-13
item-14
item-15
item-16

Əlaqəli xəbərlər