Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu 2025 uğurla yekunlaşıb. 2016-cı ildən etibarən təşkil olunan bu marafon ölkəmizdə sağlam həyat tərzinin təbliği, idmanın inkişafına dəstəyin artırılması və geniş ictimaiyyətin idman tədbirlərinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) və Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ümumilikdə 40 təmsilçisi marafonda iştirak edərək böyük motivasiya və güc nümayiş etdirib. Hamıya təşəkkür edir və gələcək uğurlar arzulayırıq!
Xüsusi təbriklərimiz Əmrah Nağıyevə — AHİK-in üzvü, Bakı Marafonunda ümumi nəticədə 6-cı, azərbaycanlılar arasında isə 1-ci yer tutduğu üçün. Qürurumuzsan!






















