16–27 iyul 2025-ci il tarixlərində Almaniyanın Reyn-Rur bölgəsində keçirilmiş Beynəlxalq Universitet İdmanları Federasiyasının (FISU) təşkil etdiyi 32-ci Yay Universiadasında Azərbaycan komandası yüksək nəticələrə imza ataraq ölkəmizi layiqincə təmsil etmişdir.
130-dan çox ölkədən minlərlə tələbə-idmançının iştirak etdiyi bu nüfuzlu yarışda Azərbaycan komandası 2 qızıl və 2 gümüş olmaqla ümumilikdə 4 medal qazanmış və komanda hesabında 24-cü yeri tutmuşdur.
Medal qazanan idmançılarımız:
-
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası
Tərkibi: Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzan-
Çoxnövçülük üzrə – qızıl medal
-
Lentlə hərəkətlər üzrə – qızıl medal
-
3 top və 2 halqa ilə kompozisiya – gümüş medal
-
-
Cüdo üzrə Elcan Hacıyev (90 kq)
Fərdi çıxışında gümüş medal qazanmışdır.
Qeyd edək ki, Elcan Hacıyev bu nəticə ilə ardıcıl ikinci Universiada medalına sahib olmuşdur – 2023-cü ildə bürünc, 2025-ci ildə isə gümüş medal.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) 1999-cu ildən etibarən Beynəlxalq Universitet İdmanları Federasiyasının (FISU) tamhüquqlu üzvü və rəsmi tərəfdaşıdır. Bu müddət ərzində Assosiasiya tələbə-idmançıların beynəlxalq yarışlara hazırlanmasını və iştirakını təmin etməklə ölkə idmanının inkişafına töhfə verməyə davam edir.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası olaraq medal qazanan bütün idmançılarımızı və onların məşqçi heyətlərini ürəkdən təbrik edir, qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.