Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib. Görüşdə çıxış edən dövlət başçısı bu il idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatdığını vurğulayıb.
Daha sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir sıra idmançıların və idman mütəxəssislərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılanlar arasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) sambo üzrə məşqçi-müəllimi Yaqub Abdullayev də yer alıb, “Tərəqqi” medalı ilə təltif olunub.























