Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabe təşkilatlarının kollektivləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyub, güllər düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Eyni zamanda, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.




















