AHIITA
Sağlam gənclik, aydın gələcək: Zərərli vərdişlərə yox deyək!

Sağlam gənclik, aydın gələcək: Zərərli vərdişlərə yox deyək!

87fevral 25, 2026

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sağlam gənclik, aydın gələcək: Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi gənclərin narkomaniya və psixotrop maddələrin tibbi, psixoloji və sosial təsirləri barədə məlumatlandırılması, onların zərərli vərdişlərdən uzaq duraraq sağlam həyat tərzinə təşviq olunması olmuşdur.

Tədbirdə Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Mərkəzinin təlimçisi, sosioloq  Fidan Ataxanlı çıxış edərək narkotik vasitələrin asılılıq yaratma mexanizmi, fiziki və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlər barədə ətraflı məlumat təqdim etmişdir.

İştirakçılarla interaktiv müzakirələr aparılmış, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. Tədbirdə Akademiyanın müəllim heyəti, tələbələr həmçinin Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) məşqçi-müəllimləri və əməkdaşları iştirak etmişlər.

Maarifləndirici tədbir gənclər arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6

Əlaqəli xəbərlər