AHIITA
AHİİTA kollektivi Bakı Marafonunda

AHİİTA kollektivi Bakı Marafonunda

51may 4, 2026

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu 2026 uğurla yekunlaşıb. Yarış bu il ilk dəfə olaraq 42 km-lik tam marafon formatında təşkil olunub.

Minlərlə iştirakçı Dövlət Bayrağı Meydanından start götürərək Sea Breeze istiqamətində uzanan marşrut üzrə mübarizə aparıb.

AHİİTA əməkdaşları və AHİK könüllüləri bu mötəbər idman tədbirində fəal iştirak edərək yüksək komanda ruhu, əzmkarlıq və sağlam həyat tərzinin təbliği baxımından nümunəvi çıxış nümayiş etdiriblər.

Bütün iştirakçılara təşəkkür edir, qalibləri təbrik edirik.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7

Əlaqəli xəbərlər