Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərə start verilib.
Təlimlər çərçivəsində əməkdaşların peşəkar inkişafına töhfə verəcək müxtəlif mövzular əhatə olunur. İştirakçılar yeni yanaşmalarla tanış olur, praktiki biliklərini daha da təkmilləşdirirlər. Bu təşəbbüs AHİİTA-nın insan resurslarının davamlı inkişafına verdiyi önəmin bariz göstəricisidir.
Təlimlər mərhələli şəkildə davam etdiriləcək və müxtəlif mövzuları əhatə edəcək.





















