AHIITA
Azərbaycanın bayraqdarları – Asiman Qurbanlı və Zemfira Həsənzadə

Azərbaycanın bayraqdarları – Asiman Qurbanlı və Zemfira Həsənzadə

307sentyabr 26, 2025

Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Asiman Qurbanlı oyunlarda iştirak edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, həmçinin 2011-ci il dünya çempionatının gümüş medalçısıdır.

Zemfira Həsənzadə isə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc medalçısı, gənclər arasında Avropa çempionudur.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində baş tutacaq. Yarışlar Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər